N.Hauq: “Mixaelin motivasiya problemi yoxdur”

Mixael Şumaherin qayıdışı hələlik asan getmir – amma Mercedes Motorsport-un başçısı Norbert Hauq sürücünün dəstəkləyir və etiraf edir ki, Mixaelin […]

Mixael Şumaherin qayıdışı hələlik asan getmir – amma Mercedes Motorsport-un başçısı Norbert Hauq sürücünün dəstəkləyir və etiraf edir ki, Mixaelin yüksək nəticələr qazana bilməməsinə əsas səbəb maşının sürətinin kifayət qədər olmamaısıdır…

Norbert Hauq: “Maşın imkan verən kimi Mixael qələbə qazanmağa başlayacaq. O maksimum çalışır, öz təcrübəsindən istifadə edir. Hələlik yüksək nəticələrin olmamasında Mixaelin heç bir günahı yoxdur.

İnanmıram ki, Mixael mövsümün sonunda çempionatı tərk edəcək. Mən bilirəm ki, onun motivasiya problemləri yoxdur, o uzun müddətə qayıdıb və planları da uzunmüddətlidir. Mixael bilir ki, o nə istəyir və nəyə qadirdir. Biz də bunu bilirik. Hər şeydən vacib odur ki, o öz peşəsindən həzz alır.

Ümumiyyətlə, hələ nəticə çıxarmaq çox tezdir. Əsil azarkeşlər başa düşürlər ki, indi nə baş verir. İlk iki yarışda Mixael heç bir səhvə yol vermədi. Niko da işinin öhdəsindən əla gəlir, amma o ilk üç yarışda xal qazanıb – ona görə də Niko Mixaeli xal hesabında xeyli qabaqlayır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*