N.Hülkenberq: “Son yarış mənim üçün xüsusi olacaq”

Əbu Dabidə Force İndia ilə son yarışına çıxmağa hazırlaşan Niko Hülkenberq bildirib ki, yarış onun üçün emosional keçəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2012-ci ildə Force İndia-da çıxış etmiş və 2013-cü ildə Sauber-ə transfer olunmuşdu. Amma Hülkenberq birillik fasilədən sonra yenidən Force İndia komandasına qayıtmışdı. 29 yaşlı sürücü hindistanlıların heyətində 78 yarışa çıxıb.

Niko Hülkenberq: “Mövsümün son yarışı mənim üçün xüsusi olacaq. Burada 4 mövsüm keçirtdim və bundan çox razıyam. Komandanən əməkdaşları ilə aramız çox yaxşı idi və mənim üçün onların yeri ayrı olacaq. Formula1-də insanlar tez-tez komanda dəyişdirir. Buna görə də başqa komandaya getsəm də, heç kəsə əlvida deməyəcəm. Hamısı mənim dostumdur və ailəmdir. Onlarla yenə də görüşəcəm.

Force İndia-dakı son yarışımdan həzz almaq istəyirəm. Yas Marinadakı son yarışlardan yaxşı nəticələr alırıq və bu ənənəni bu il də davam etdirmək istəyirik. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olar və mühəndislər çempionatında 4-cü yeri tutarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*