13 Dekabr 2018, Cümə axşamı - 03:24

N.Hülkenberq özünü qəribə hiss edir

N.Hülkenberq özünü qəribə hiss edir

Müəllif: Rauf Hacıyev, redaktor

16:56 - 14 Aprel, 2018

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, ardıcıl 6-cı sıralanma turunda 7-ci olmaq çox qəribədir.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən ilin son 3, bu ilin isə ilk 3 sıralanma turunda 7-ci yeri tutub.

Niko Hülkenberq: “Xoşbəxtəm, çünki yenidən 7-ci oldum. Deyəsən, ardıcıl 6-cı dəfədir. Bu gün ən yaxşı nəticəmizi əldə etdik. Sıralanma turundakı vəzifəmizin öhdəsindən gəldik və bu, müsbət haldır. Bu həftəsonu burada özümü yaxşı hiss edirdim. Bolidin tempi yaxşı görünür. Sabahkı yarış isə çətin olacaq. İlk pit-stopa tez gedəcəyik. Lakin tempimiz güclüdür. Buna görə yarış barədə müsbət düşünürəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 99
Teqlər , , ,
Paylaş

logo