C.Palmer: “Maqnussen McLaren-ə səhv etdiyini göstərəcək”

Colion Palmer düşünür ki, Kevin Maqnussen gələn il əla performans göstərərək sübur edəcək ki, McLaren oni itirməklə səhv edib...

F-1.az xatırladır ki, Maqnussen 2014-cü ildə McLaren komandasında yarışıb, amma britaniyalılar 2015-ci ildə Fernando Alonsonu transfer ediblər, Maqnussen isə ehtiyat sürücü olub.

Maqnussen bir il ehtiyat pilot olduqdan sonra Renault ilə yenidən yarışmaq fürsəti tapıb. Danimarkalı sürücünün komanda yoldaşı isə Colion Palmer olacaq.

Colion Palmer komanda yoldaşı barədə danışıb: “Kevin Formula1-də özünü sübut edib. O, McLaren-də Battonla layiqli mübarizə apardı. Komanda onların arasında seçim edəndə çox çətinlik çəkdi.

Maqnussen indi əlindən gələni edəcək ki, McLaren-in böyük səhv eydiyini göstərsin. O işinə motivasiya ilə yanaşacaq”.

Palmer bildirib ki, komandanın debütant pilotlardan qurulması komanda üçün çatışmazlıq deyil: “Pastor gedəndən sonra komandada təcrübəli sürücü qalmadı.

Amma Toro Rosso komandasında debütantların nələr elədiyini hamımız gördük. İkisi də çox güclü idi.

Təcrübə problem deyil. Təbii ki, təcrübə yaxşı şeydir, amma digər tərəfdən siz özünü göstərmək istəyən iki gəncə sahibsiniz və uğura ac pilot kollektiviniz var.

Əlimizdən gələni edəcəyik, amma bizi çətin bir mövsüm gözləyir. Bir yerdə işləyib, komandanı qabağa aparmalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*