N.Hauq: Səhvlər Ferrari-nin bir hissəsidir

Mercedes Motorsport-un sabiq rəhbəri Norbert Hauq düşünür ki, səhvlər Ferrari-nin bir hissəsidir.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümə əla başlasa da, sonrakı yarışlarda ya bəxtləri gətirmir ya sürücülər səhv edir ya da strategiyanı düzgün qurmurlar. Formula1-in ən titullu komandası hazırda hər iki cəbhədə də Red Bull-a uduzur. Ferrari sonuncu Monako yarışında taktika cəhətdən işləri lap korlayıb və qələbəni əsas rəqibi Red Bull-a hədiyyə edib.

Norbert Hauq: “Kənardan baxanda görünür ki, Ferrari-nin üzrəində təzyiq var və bu da onların işini çətinləşdirir. Təzyiqə görə normal qərarlar verə bilmirlər.

Ferrari Monakoda özünə zərər verdi. Səhv addımlarla çempionluğa namizəd Leklerin qələbəsini dördüncülüyə çevirdilər. Maks Ferstappenə lazımsız hədiyyə bəxş etdilər. Bu faktor çempionatın nəticəsinə təsir edə bilər. Belə səhvlər Ferrari tarixinin bir parçasıdır və həmişə təkrarlanır. Belə hallar komandaya təsir edir və performansına zərbə vurur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*