20 Mart 2019, Çərşənbə - 11:26

M.Zurer: “Brauna Börn çatışmır”

M.Zurer: “Brauna Börn çatışmır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:44 - 23 Dekabr, 2012

Hazırda Almaniyanın Sky Sport telekanalında şərhçi işləyən keçmiş Formula1 sürücüsü Mark Zurer Mercedes AMG komandasının başçısı Ross Braunun tezliklə uğur […]

Hazırda Almaniyanın Sky Sport telekanalında şərhçi işləyən keçmiş Formula1 sürücüsü Mark Zurer Mercedes AMG komandasının başçısı Ross Braunun tezliklə uğur qazanmasına inanmır, çünki onun fikrincə, Rossa istedadlı konstruktor çatışmır, necəki Benetton və Ferrari-də Rossun yanında istedadlı Rori Börn var idi…

Məhz Börnün hazırladığı maşınların sükanı arxasında Mixael Şumaher bütün yeddi titulunu qazanıb: ikisini Benetton-da və beşini də Skuderiya ilə birlikdə, hər iki komandanın texniki direktoru Ross Braun olmuşdu.

Mark Zurer: “Bütün titullar Rori Börnün hazırladığı maşınlar sayəsində əldə olunmuşdu. Börn Ferrari üçün Ədrian Nyui idi, amma Braunun kölgəsində qalmağa üstünlük verirdi. İndi Braunun yanında belə birisi yoxdur, bu da hiss olunur.

2009-cu ildə onun başçılıq etdiyi komanda çempionatda ikiqat diffuzor sayəsində qələbə qazandı, bu ağıllı kəşf idi, amma elə həmin mövsümdə Ross mövsümün sonuna qədər üstünlüyü saxlaya bilməmişdi: bizim yaxşı yadımızdadır ki, rəqiblər onlara çatmışdılar və son yarışlarda mübarizə çox gərgin və sıx idi.

Mən Börnlə hələ Toleman komandasına testlərə çağırılanda tanış olmuşdum. Mənə çox sakit adam təsiri bağışladı və hiss etdim ki, üzə çıxmağı xoşlamır. Məhz Börn Ross Brauna bu uğurları qazanmağa kömək etdi və indi mən başa düşürəm ki, niyə Mercedes belə bir çətin vəziyyətə düşüb. Axı Braun həmişə taktika və strategiya məsələləri ilə məşğul olurdu, maşınları isə Börn hazırlayırdı…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 385
Teqlər , , , , , , , , ,
Paylaş

logo