Ferrari komandası K.Rəykköneni təsdiq edib

Ferrari komandası qərara alıb ki, qarşıdakı mövsüm barədə gəzən şayiələrə son qoysun — komanda rəsmən elan edib ki, 2016-cı ildə […]

Ferrari komandası qərara alıb ki, qarşıdakı mövsüm barədə gəzən şayiələrə son qoysun — komanda rəsmən elan edib ki, 2016-cı ildə Skuderiyanın şərəfini Sebastyan Fettel və Kimi Rəykkönen qoruyacaqlar…

Komandanın yaydığı qısa bəyanatda deyilir ki, “Ferrari Kimi Rəykkönenlə texniki və yarış sövdələşməsini uzatmasını elan edir. Gələn il komandanın heyətinə finlandiyalı sürücü və Sebastyan Fettel daxil olacaqlar…”

Mauritsio Arrivabene: “Biz hesab edirik ki, Kimi ilə müqavilənin gələn ilə uzadılması komandaya əlavə stabillik təmin edəcək. Bu, əsas vəzifələrdən biri idi, bundan başqa, biz Kimi və Sebastyanın qarşılıqlı münasibətlərinin yaxşı olmasını da nəzərə aldıq. Müqavilənin uzadılması komandanın Rəykkönenə inamını nümayiş etdirir və mən ümid edirəm ki, bu inam layiqincə dəyərləndiriləcək”.

Kimi Rəykkönen: “Mən nə deyə bilərəm… Mənim üçün Ferrari-də daha bir il qalmaq arzumun davam etməsidir. Skuderiya mənim ailəmdir, mən həmişə demişəm ki, məhz bu komandada Formula1 karyeramı başa vurmaq istəyirəm. Hazırda mən uğur qazanmağa köklənmişəm və mənə bu şansı verən hər bir kəsə təşəkkür etmək istəyirəm. Eyni zamanda mən Ferrari-nin azarkeşlərinə də daimi dəstəklərinə görə minnətdarlıq edirəm”.

F-1.az bildirir ki, komandanın mətbuat xidməti Kiminin müqaviləsinin hansı müddətə nəzərdə tutulması barədə heç bir məlumat verməyib….

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*