M.Uitmarş əmindir ki, McLaren-in konstruktorları səhv etməyiblər

McLaren komandasınn başçısı Martin Uitmarş çempionatın digər iştirakçılarından fərqli olaraq komandanın konstruktorlarının yeni maşının burun elementini “pillə”siz etməsinin səhv addım […]

McLaren komandasınn başçısı Martin Uitmarş çempionatın digər iştirakçılarından fərqli olaraq komandanın konstruktorlarının yeni maşının burun elementini “pillə”siz etməsinin səhv addım olması fərziyyəsini təkzib edib.

Bu günlərdə Mercedes AMG komandasının yeni W03 maşınının şəkilləri internetdə yayılıb, məlum olub ki, bu maşının da burnu “pillə”lidir, Pedro de la Rosa isə bildirib ki, Hispania komandasının yeni maşını da “pillə”li olacaq. Çox güman ki, McLaren МР4-27 2012-ci ildə normal burunlu yeganə maşın olacaq.

Digər komandaların konstruktorları maşının ön hissəsini maksimum hündür saxlamağa üstünlük veriblər ki, maşının altına hava sərbəst daxil ola bilsin. Ona görə də burun hissənin pilləli variantı ən optimal çıxış yoludur, hərçənd, bu qərar estetik görünmür.

Martin Uitmarş: “Mən texniki mütəxəssislərimizə sual verdim ki, biz düzgün yolu seçmişik? Onlar məni əmin etdilər ki, narahat olmağa dəyməz – əvəzində biz ağırlıq mərkəzini maksimum aşağı yerləşdirmişik, asılqanın bərkidilməsində bizim seçim manevrimiz geniş idi, sürücülərimizin kokpitdə oturması daha rahatdır, yolun görünməsi də əladır.”

Məlumdur ki, hələ keçən il komandanın konstruktorları Red Bull-dan fərqli yol seçmişdilər, builki maşın isə keçənilkinin sadəcə təkamülüdür, ona görə də “pillə”li buruna keçmək üçün komanda şassinin konsepsiyasını dəyişməli olardı…

Martin Uitmarş: “Yeni maşın əvvəlki modelin bazası üzərində qurulub. Barselona testlərinə qədər biz onu modernizə edəcəyik, Melburnda isə başqa yenilikləri də görəcəksiniz…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*