M.Uebber: “Qələbə şansını şənbə günü itirdim”

Mark Uebber hesab edir ki, bugünkü yarışda qələbə şansını hələ dünən sıralanma turunda itirib. Avstraliyalı sürücü komanda yoldaşı Sebastyan Fetteldən […]

Mark Uebber hesab edir ki, bugünkü yarışda qələbə şansını hələ dünən sıralanma turunda itirib. Avstraliyalı sürücü komanda yoldaşı Sebastyan Fetteldən sonra finişdə ikinci olub, amma hesab edir ki, onunla qələbə uğrunda mübarizə aparmaq üçün dünən sıralanma turunda daha yüksək nəticə göstərməli idi…

Mark Uebber: “Çox güman ki, qələbə şanısını biz hələ dünən itirdik. Ən azı birinci start cərgəsində olmaq lazım idi ki, qələbə uğrunda mübarizə apara bilim, çünki biz bilirdik ki, Sebastyan çox sürətli olacaq. Start yaxşı alınmadı, mən Rubensi keçə bilmədim. Rubens sürətli idi, mənim maşınım isə özünü yaxşı aparmırdı. İlk pit-stopdan sonra mən onu keçsəm də artıq Sebastyana 20 saniyə uduzurdum və baaş düşdüm ki, artıq yarışı uduzmuşam. İkinci hissədə trafik mənə mane oldu, son hissədə isə komanda xəbər verdi ki, maşının arxa hissəsi zədələnib, ona görə də son pitdən sonra biz qənaət rejiminə keçdik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*