14 Oktyabr 2019, Bazar ertəsi - 00:54

M.Uebber: “Mən bunu çox-çox istəyirdim!”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:54 - 15 İyul, 2009

Bu gün Nürburqrinqdə Avstraliyanın milli himni çalınıb: sonuncu dəfə Formula1-də bu himn 28 il əvvəl səslənmişdi – 1981-ci ildə Alan […]

Bu gün Nürburqrinqdə Avstraliyanın milli himni çalınıb: sonuncu dəfə Formula1-də bu himn 28 il əvvəl səslənmişdi – 1981-ci ildə Alan Cons Las Verqas Qran Prisini qazananda. Bu gün isə Mark Uebber karyerasında ilk qələbəsini qazanıb. Avstraliyalı sürücü yarışı inamla keçirib, amma yarış heç də asan alınmayıb – startda onun Red Bull RB5-i və Rubens Barrikellonun BGP 001-i arasında ciddi toxunma olub və stüardlar bu insidentdə Uebberi günahkar hesab ediblər…

İstənilən halda Rubens əla start alıb, Mark onu sıx izləyib və 12-ci dövrədə stüardların qərarı məlum olub: Uebber pit-leyndən keçməklə cərimə olunub. Amma buna baxmayaraq, Mark qələbə qazana bilib və mətbuat konfransında sevincini gizlətməyib – o bu amı 8 il gözləməli olub.

Mark Uebber: “Fantastik gündür! Mən bunu çox-çox istəyirdim! Dünən qazandığım poul mənə qələb üçün yaxşı şans verirdi, amma mən yağışdan qorxurdum ki, mənim işimi çətinləşdirə bilər. Amma yağış yağmasa da, yarış mənim üçün əsil sınağa çevrildi. Mən start zamanı Rubensi nəzərdən qaçırdım, elə bilirdim ki, o mənim solumdadır, ona görə də sağa götürdüm və onun maşınına zərblə toxundum.

Əlbəttə, belə olmamalıdır, mən cərimə olundum, amma mənim mühəndisim məni rahatlaşdırdı, sonra isə mən maşından maksimum yararlandım.

Ona görə də gün həqiqətən yaxşı alındı! Xatırlamaq olar ki, qış mənim üçün necə ağır alınmışdı. Testlərdə sebastyan Fettel göstərmişdi ki, maşınımız nəyə qadirdir, bu mənə keçən il adlığım zədədən sağaıalanda əminlik verdi. Mən yaxşı adamlar əhatə edirdilər, mən sağalmaqda kömək edirdilər, komanda isə makimum təmkinlik göstərdi. İndi mən hamıya minnətdarlıq etmək istəyirəm…

Mən başa düşürdüm ki, yaxşı start almamışam: sağda Rubensin, solda isə Lyuisin maşınına toxundum və ümumiyyətlə, birinci döngəyə doğru yaxşı sürət yığa bilmədim, amma hamı döngəni rahat keçdi.

Mən çempionatda qələbə uğrunda mübarizə aparacam, mübarizə hələ davam edir: Brawn GP Mühəndislər Kubokunda da liderlik edir, onlar buna layiqdirlər, amma biz təslim olmuruq və stabil nəticələr göstərməyə çalışacayıq.

İndi bizim ən böyük problemimiz idman mükafatlarımız üçün bir otağın hazırlanmasıdır! Bütün komandanın gərgin əməyi nəticələr verməyə başlayıb. Bizim Ferrari və McLaren-lə mübarizədən xoşumuz gəlir, axı top-komandaları qabaqlamaq böyük şərəfdir!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 256
Teqlər
Paylaş

logo