M.Uebber Formula1-in gələcəyindən ehtiyat edir

Mark Uebber hesab edir ki, Ferrari-nin çempionatdan getməsi Formula1-in stabilsizləşməsinə apara bilər. Red Bull sürücüsü bildirib ki, Formula1-i sıxan siyasi […]

Mark Uebber hesab edir ki, Ferrari-nin çempionatdan getməsi Formula1-in stabilsizləşməsinə apara bilər. Red Bull sürücüsü bildirib ki, Formula1-i sıxan siyasi oyunlar və qarşıdurmalar idmanın imicinin xeyrinə deyil. Dünən Fransa Məhkəməsi Ferrari-nin FİA-ya qarşı iddiasını təmin etməyib: Skuderiya büdcənin 40 milyon funt səviyyəsində məhdudlaşdıırlmasının əleyhinədir. Bu cür qarşıdurma avstraliyalı sürücünü ciddi narahat edir…

Mark Uebber: “Əlbəttə, bütün bunlar təəəssüf hissi doğurur. Mən bizim idmanı çox sevirəm, amma onun destabilləşməsi üçün nə qədər çox çalışırlarsa, o qədər də komandalara işləmək çətin olur, azarkeşlər isə yarışlardan ləzzət ala bilmirlər. Əgər biz hamının gözü qarşısında tez-tez çirkli alt paltarımızı yusaq, Formula1-ə müsbət münasibəti saxlamaq çətinləşir. Mən sadəcə ümid edirəm ki, gələn il idman imicini saxlaya biləcək – mən iştirakçılar haqqında deyirəm, amma kim bilir?

Bu vəziyyətdən baş çıxarmaq üçün çox çalışmaq lazımdır, amma artıq ciddi insanların xətrinə dəyiblər, baxaq görək nə olacaq.

Ferrari-nin çempionatda getməsini təsəvvür edə bilmirəm. Ferrari Formula1 deməkdir. Məncə, qırmızı maşınlar həmişə yarışların startına çıxmalıdırlar. Skuderiyasız Formula1 başqa cür olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*