M.Tayssen: “Bu il bizi sürprizlər gözləyir”

BMW Sauber komandasının rəsmi saytında hər gün komanda nümayəndələrinin qarşıdakı mövsüm barədə qısa bəyanatları yerləşdirilir, dünən biz Nik Haydfeldin fikirlərini […]

BMW Sauber komandasının rəsmi saytında hər gün komanda nümayəndələrinin qarşıdakı mövsüm barədə qısa bəyanatları yerləşdirilir, dünən biz Nik Haydfeldin fikirlərini sizlərə çatdırmışdıq, bu gün isə növbə BMW-nin idman departamentinin başçısı Mario Tayssenindir…

Mario Tayssen: “Son dörd il ərzində biz uğurla yeni komanda yaratmışıq və qarşımıza qoyduğumuz bütün məqsədlərə çatmışıq. Debüt mövsümündə xal qazanmaq istəyirdik, ikinci mövsümdə ilk podiumu arzulayırdıq, üçüncü mövsümdə istəyimiz ilk qələbə idi, nəhayət, dördüncü mövsümdə titul uğrunda mübarizə aparmaq istəyirik. Bizi qarşıda dördüncü mövsüm gözləyir və biz qarşımıza ən ciddi vəzifələr qoymuşuq.

Məncə, bu il bizi sürprizlər gözləyir. İki ən güclü komandanı yenə də favorit hesab etməliyik, amma reqlamentdəki radikal dəyişikliklər qüvvələr nisbətini əsaslı dəyişə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*