M.Şumaheri tibbi müayinələr gözləyir

Valensiyada Avropa Qran Prisinin startına çıxmamışdan əvvəl Mixael Şumaher hərtərəfli tibbi müayinələri keçməli olacaq, FİA-nın superlisenziyasını almaq üçün isə fiziki […]

Valensiyada Avropa Qran Prisinin startına çıxmamışdan əvvəl Mixael Şumaher hərtərəfli tibbi müayinələri keçməli olacaq, FİA-nın superlisenziyasını almaq üçün isə fiziki və idman forması üzərində ciddi işləməli olacaq…

Federasiyanın nümayəndəsi bildirib ki, superlisenziyanın alınması problem olmamalıdır: “Adi vəziyyətdə Şumaher superlisenziyanı almalıdır.”

Almaniyanın Bad Nauxaym şəhərində yerləşən klinikanın idman-tibb ekspertləri Mixaelə ilin əvvəlində motosikletdən yıxılaraq aldığı zədələrdən sağalmağa kömək ediblər.

Yohannes Payl, klinikanın həkimi: “Mixael son aylarda öz üzərində ciddi işləyirdi, məhz buna görə onu yarışlara buraxmaq olar.”

Üzümüzə gələn günlərdə yeddiqat dünya çempionu doğma Mücello trasında yenidən Ferrari-nin sükanı arxasına oturacaq. Mövsümün gedişində testlərin qadağan olunmasına baxmayaraq, heç kim Şumaherə Ferrari-nin F1 Clienti adlanan bölümünə müraciət etməyə mane olmaycaq, bu bölmə Ferrari-nin əvvəlki illərdə Formula1-də yarışdığı maşınların böyük əksəriyyətini kolleksiya kimi toplayır. İstənilən müştəri təyin olunmuş məbləği ödəməklə bu bölmənin xidmətlərindən istifadə edə və yarış maşının sükanı arxasına otura bilər.

Bild-in yaydığı məlumata görə, Mixael Mücelloda F2007-nin sükanı arxasında testlər keçirəcək – məqsəd sürücünün yaralanmış boynunun müxtəlif yüklənmələrə reaksiyasını öyrənməkdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*