G.Berger: Sauber delfin kimi idi

Sabiq Formula1 sürücüsü Gerhard Berger düşünür ki, Audi layihəsi BMW layihəsindən daha yaxşı olacaq.

F-1.az xatırladır ki, Audi 2026-cı ildə Sauber komandasını alaraq, Formula1-ə addım atacaq.

Qeyd edək ki, BMW şirkəti 2006-cı ildə Sauber komandasını alaraq, Formula1-ə gəlmiş, amma 2009-cu ilin sonunda idmanı tərk etmişdilər.

O dövrlər BMW Motorsport-un rəhbəri işləmiş Gerhard Berger o vaxt almaniyalı şirkətin nəyi səhv etdiyini deyib: “Mühəndislik cəhətdən BMW ənənəsini gətirə bilmədilər. Orada Sauber-in ənənəsi davam etdi. BMW bu işdə sərt davranmadı. Münxenlə Hinvill arasında qarışıqlıq var idi. Bu yaxşı deyil demiyəcəm, amma çempionluq üçün də yetərli deyildi.

Peter Sauber-i həmişə təqdir etsəm də, o köpəkbalığı akvariumundakı delfin kimi idi. BMW ilə uğur qazanmaq üçün köpək balığı olmalısan. Audi-də hər şey fərqli olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*