M.Şumaher Mücelloda testlərə başlayıb

Mixael Formula1-ə qayıtmaq üçün ciddi hazırlığa başlayıb: dünən axşam o Ferrari-nin Maranelloda zavoduna gəlib və bütün günü statik simulyatorda məğul […]

Mixael Formula1-ə qayıtmaq üçün ciddi hazırlığa başlayıb: dünən axşam o Ferrari-nin Maranelloda zavoduna gəlib və bütün günü statik simulyatorda məğul olub, xüsusən də bulik maşının sükanına çıxarılmış idarəetmə orqanları ilə tanış olub. Britaniyanın Autosport saytının yaydığı məlumatlara görə, yarım saat əvvəl Mixael Mücello trasında Ferrari F2007-nin sükanı arxasında məşqlərə başlayıb. Şumaher təsdiq edib ki, Avropa QRan Prisinin startından əvvəl maksimum böyük məsafə qət etməyə çalışacaq, heç olmasa köhnə maşınların sükanı arxasında. F2007 ona tanışdır, çünki vaxtilə o bu maşını müxtəlif traslarda test etmişdi.

Mixael Şumaher: “Hazırda Formula1-də testlər qadağan olunub, ona görə də mən Ferrari-nin F1 Clienti bölümünə müraciət etdim, onlardan mən köhnə maşın verməyi xahiş etdim. Köhnə Ferrari builki maşın kimi yaxşı deil, amma sadəcə böyük məsafə qət etmək istəyirəm, ona görə bu variantdan istifadə edirəm. Yaxın günlərimi tamamilə hazırlığa sərf edəcəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*