11 Dekabr 2019, Çərşənbə - 09:31

M.Şumaher məşqlərini davam etdirir?

M.Şumaher məşqlərini davam etdirir?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:46 - 15 Avqust, 2009

Mixael Şumaherin meneceri Villi Veber istisna etmir ki, bir müddət sonra biz yeddiqat dünya çempionunun Ferrari sükanı arxasında testlərini görə […]

Mixael Şumaherin meneceri Villi Veber istisna etmir ki, bir müddət sonra biz yeddiqat dünya çempionunun Ferrari sükanı arxasında testlərini görə bilərik. Veber Almaniyanın Bild qəzetinə bildirib ki, “Niyə də yox? İndi Mixael rahat, pressinqsiz formasını bərpa edə bilər. Sonrasına isə baxarıq.” Şumaherlə uzun illərdir işləyən həkim Yohannes Payl hesab edir ki, Mixaelin məntiqi növbəti addımı əsaslı müalicəsi olmalıdır…

Mixaelin atası Rolf Şumaher isə Bild-ə müsahibəsində bildirib ki, fevral ayında aldığı ciddi zədələrdən sonra onun oğlu yarış motosikleti kimi təhlükəli hobbisindən əl çəkib, “bu məni çox sevindirdi, axı motoyarışlar Formula1-dən daha təhlükəlidir.”

Şumaherin mətbuat katibi Sabina Kem isə bildirib ki, “Mən inanmıram ki, Mixael tezliklə trasa qayıtsın. Amma o bu fikri başından tamamilə ata da bilmir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 267
Teqlər
Paylaş

logo