16 Oktyabr 2019, Çərşənbə - 01:24

M.Şumaher: “Mən podiuma ümid edirdim”

M.Şumaher: “Mən podiuma ümid edirdim”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:29 - 30 Mart, 2010

Mixael Şumaher hesab edir ki, Melburnda o podium qazana bilərdi, amma birinci döngədəki insident onun ümidlərini puç edib: Fernando Alonso […]

Mixael Şumaher hesab edir ki, Melburnda o podium qazana bilərdi, amma birinci döngədəki insident onun ümidlərini puç edib: Fernando Alonso ilə toqquşmadan sonra yeddiqat dünya çempionu yeni antiqanad üçün pit-stopa getməli olub. Son yerlərdən irəliləyən alman sürücü yarışı 10-cu yerə başa vurub – son dövrələrdə o Xayme Algersuari və Pedro de la Rosanı qabaqlayıb…

Mixael Şumaher: “Yarış həqiqətən çətin alındı, amma start pis olmamışdı – heyif ki, birinci döngəyə üçüncü girsəm də güclü zərbə aldım. Əgər bu insident baş verməsə idi mənim oidum qazanmağıma mane ola biləcək səbəb görmürəm – maşın da əla idarə olunurdu.

Bu gün sürətimiz də pis deyildi, biz ldierlərə uduzmurduq, yarış da maraqlı alındı. Hesab edirəm ki, Bəhreyn yarışının əksinə olaraq bu dəfə tamaşaçılar da darıxmayıblar.

Malayziyada isə bizə çətin olacaq, çünki bir həftə ərzində maşın modernizə olunmayacaq, amma ümumən komanda inkişaf edir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 266
Teqlər
Paylaş

logo