M.Şumaher Formula1-ə qayıtmağa hazırlaşır

Yeddiqat dünya çempionu Mixael Şumaher yenidən Ferrari-nin sükanı arxasına oturmaqla zədələnmiş Felipe Massanı əvəz etməyə və Avropa Qran Prisinin startına […]

Yeddiqat dünya çempionu Mixael Şumaher yenidən Ferrari-nin sükanı arxasına oturmaqla zədələnmiş Felipe Massanı əvəz etməyə və Avropa Qran Prisinin startına çıxmağa hazırlaşır. Bir az əvvəl Skuderiyanın saytında belə bir elan yerləşdirilib: “Ferrari istəyir ki, nə qədər Felipe Massa yarışlarda iştirak edə bilməyəcək, Mixael Şumaher braziliyalı sürücünün yerini tutsun. Mixael Şumaher deyib ki, buna hazırdır və yaxın günlərdə xüsusi məşqlərə başlayacaq, bundan sonra Avropa Qran Prisindən başlayaraq onun çempionatda iştirakı təsdiq olunacaq.”

Çox güman ki, komanda əmin olmaq istəyir ki, Mixael fevral ayında motosikletdən yıxılarkən aldığı zədələrdən tam sağalıb və bundan sonra onun Formula1-ə qayıtmasını rəsmən təsdiq edəcək. Xatırladaq ki, Şumaher Ferrari-də sonuncu dəfə 2006-cı ildə Braziliya Qran Prisində yarışıb. Deyəsən, Skuderiyanın belə bir çətin vəziyyətində Şumaher bu təklifə imtina etməyə özündə güc tapa bilməyib…

Mixael Şumaher: “Əsas odur ki, Felipedən gələn xəbərlərin hamısı pozitivdir. Mən ona öz salamımı göndərirəm. Bu gün mən Stefano Domenikali və Luka di Montedzemolo ilə görüşmüşəm və biz bir yerdə qərara aldıq ki, mən Felipenin yerini tutmağa hazırlaşacam.

Formula1 uzun müddət mənim üçün qapalı mövzu idi, amma mən komandaya sadiqliyimi saxlayıram və bu vəziyyətə biganə qala bilmərəm. Çünki idman mübarizəsinə ehtiras mənim qanımdadır, mən bu çağırışı qəbul etməyə hazıram.”

Əgər Şumaherin qayıtması rəsmən təsdiq olunarsa, onda Valensiya yarışı onun Kimi Rəykkönenin komanda yoldaşı statusunda ilk yarışı olacaq. Amma Mixael heç vaxt Ferrari F60-ın sükanı arxasında oturmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*