24 Sentyabr 2019, Çərşənbə axşamı - 13:08

Ötmələr niyə azalıb?

Ötmələr niyə azalıb?

Müəllif: Rauf Hacıyev, redaktor

12:03 - 28 Mart, 2018

Formula1-in idman direktoru Ross Braun bildirib ki, ötmələrin az olmasının səbəbi bolidlərdir.

F-1.az xatırladır ki, mövsümün ilk yarışı Avstraliyada cəmi 5 ötmə olub. Qeyd edək ki, F1 tarixində ilk dəfə Albert Parkda 3 DRS zonası var idi. Buna görə də hər kəs təkər-təkərə mübarizə gözləyirdi.

Ross Braun: “İlk yarışda çox az ötmə oldu. Bolidlərin bir-birilərini yaxından izləmələri və təkər-təkərə mübarizələr çox vacibdir. İki bolid arasında sürət fərqi az olanda ötmə etmək mümkünsüzdür. Bunu Fettel və Həmilton, Alonso və Ferstappen, Rəykkönen və Rikkardo arasında gördük. Üstəlik ötmələri artırmaq üçün ilk dəfə 3 DRS zonası tətbiq etmişdik.

Hədəfimiz 2021-ci il üçün bir-birilə mübarizə aparan bolidlər düzəltməkdir. FİA və komandalarla bunun üzərində işləyirik. FİA və Formula1 hazırda iki bolidlə aerodinamik borudan və CFD-dən istifadə edərk, yeni maşınların üzərində işləyirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər , , ,
Paylaş

logo