Formula1-i Mikki Mausa döndəriblər

Uzun illər Mixael Şumaxerin menecerliyini etmiş Villi Veber bildirib ki, Liberty Media Formula1-i Mikki Maus cizgi filminə döndərib.

F-1.az xatırladır ki, Liberty Media idmanı satın aldıqdan sonra əvvəlcə idmana Halonu gətirmiş, daha sonra isə düzülüşdəki qızlardan imtina edərək, uşaqlarla əvəzləmişdi.

Villi Veber: “Bu çirkin Halo bolidləri məhv edir. Təhlükəsizlik vacibdir, amma bu, Jan Todtun səhvidir. Düzülüşdəki qızlardan imtina isə cinayətdir. Onlar fanların tempini artırırdılar. Yeni sahibləri Formula1-i Mikki Maus cizgi filminə döndəriblər. Əgər belə olmasını istəmirlərsə, diqqətli olmalıdırlar.

Mixael haqqında Korinnadan heç nə öyrənə bilməmişəm. Qəzadan 4 il keçir və yeganə bildiyimiz şey odur ki, sümüklərində qırıq yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*