M.Şumaher Ferrari ilə müqaviləsini uzadıb

Mixael Şumaher Ferrari ilə məsləhətçi müqaviləsini daha üç il müddətinə uzadıb. Formula1 komandasının işində iştirak etməklə yanaşı yeddiqat dünya çempionu […]

Mixael Şumaher Ferrari ilə məsləhətçi müqaviləsini daha üç il müddətinə uzadıb. Formula1 komandasının işində iştirak etməklə yanaşı yeddiqat dünya çempionu həm də GT proqramında və yol maşınlarının testlərində çıxış edəcək…

Mixael Şumaher: “Dünən biz prezident Montedzemolo ilə əməkdaşlığın daha üç il müddətinə uzadılmasını qərara aldıq. Mən bunu elan etməyə şadam, mən həmişə özümü Ferrari ailəsinin bir hissəsi hiss etmişəm, bu brend özündə ehtirası, keyfiyyəti və idmanı birləşdirir.

Mənim Ferrari California 430 Scuderia və yeni 458 İtalia yol maşınlarının inkişafında iştirak etməkdən də xoşum gəlir, yeni maşın gələn həftə Frankfurt avtosalonunda nümayiş etdiriləcək. Mən şirkətin gələcək layihələrində iştirakıma ümid edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*