M.Sleyd yenidən Kimi ilə işləyir

Kimi Rəykkönen Lotus komandasının təklifini qəbul edərkən, komandadan xahiş etmişdi ki, McLaren-də onun yarış mühəndisi olmuş Mark Sleydi də işə […]

Kimi Rəykkönen Lotus komandasının təklifini qəbul edərkən, komandadan xahiş etmişdi ki, McLaren-də onun yarış mühəndisi olmuş Mark Sleydi də işə götürsünlər.

Mark Sleyd təcrübəli mütəxəssisdir, son 15 ildə bir çox finlandiyalı sürücülərlə işləyib: Mika Hakkinen, Kimi Raykkönen və Heykki Kovalaynen.

Kimi hələ Ferrari-yə keçərkən onu özü ilə aparmaq istəmişdi, amma o zaman Markın McLaren-lə müqaviləsi var idi. 2009-cu ildən Mark Renault komandasında çalışıb, amma keçən mövsümü Mercedes GP komandasında Mixael Şumaherin mühəndisi kimi başlamışdı. İndi isə yenidən Ənstouna qayıdıb və formal olaraq martın 1-dən rəsmən Kiminin yarış mühəndisi kimi işə başlayıb. Bu gün Barselona testlərində uzun sürən ayrılıqdan sonra mühəndis və sürücü trasda birgə işləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*