12 Dekabr 2019, Cümə axşamı - 22:46

Mövsümün sonunda M.Uebber Formula1-i tərk edəcək…

Mövsümün sonunda M.Uebber Formula1-i tərk edəcək…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:19 - 27 İyun, 2013

Mark Uebber bu mövsümün sonunda Formula1-i tərk edəcək, avstraliyalı sürücü Porsche ilə müqavilə bağlayıb və dözümlülük yarışlarında çıxış edəcək. Formula1-də […]

Mark Uebber bu mövsümün sonunda Formula1-i tərk edəcək, avstraliyalı sürücü Porsche ilə müqavilə bağlayıb və dözümlülük yarışlarında çıxış edəcək. Formula1-də keçirdiyi 12 il ərzində Mark 11 poul və 9 qələbə qazanmaqla 36 dəfə podiuma qalxıb.

Mark Uebber:Porsche yarış tarixini yenidn yazıb, bu brend ağlasığmaz nailiyyətləri və yüksək texnologiyaları təcəssüm edir. Formula1-də çıxış etdikdən sonra mən səbirsizliklə yeni çağərəş gözləyirəm və tezliklə dünyanın ən sürətli idman maşınlarından birinin sükanı arxasında oturacam.”

Porsche Mark Uebberlə gələn mövsümə müqavilə imzalamasını təsdiq edib. Uebberdən başqa komanda LMP1 sinfində Nil Yani, Roman Düma və Timo Bernhardla müqavilə başlayıb, iki yer hələ vakantdır.

İndi sürücülər bazarında aktivləşmə gözlənilir – çempion komandada üçqat dünya çempionu Sebastyan Fettelin komanda yoldaşı kim olacaq? Hələlik bu yerə 3 namizədin adları çəkilir: Kimi Rəykkönen və Toro Rosso komandasının hər iki sürücüsü…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 392
Teqlər , , , , ,
Paylaş

logo