M.Moslinin Montedzemolonun məktubuna cavabı

FİA prezidenti Maks Mosli Luka di Montedzemolonun məktubunu cavablandırıb, məktubda Ferrari-nin prezidenti və FOTA-nın sədri gələn ildən komandaların büdcələrinin məhdudlaşdırılmasılə […]

FİA prezidenti Maks Mosli Luka di Montedzemolonun məktubunu cavablandırıb, məktubda Ferrari-nin prezidenti və FOTA-nın sədri gələn ildən komandaların büdcələrinin məhdudlaşdırılmasılə çempionatın gələcəyinin təhlükəyə yuvarlanması barədə narahatlığını bildirmişdi…

Maks Mosli: “Biz Formula1-i əvvəlki vəziyyətinə qaytarmaq üçün hər şey edirik. Bu tədbirlər ağrılı və xoşagəlməz ola bilər, amma biz onların səmərəli olmasını istəyiriksə, məhz indi onları tətbiq etməliyik.

Biz bilirik ki, məsrəflərin hazırkı səviyyəsi bəzi şəxsi komandalar üçün bu gün yüksəkdir və çempionatın dağılmasının qarşısını almaq üçün və yeni komandaların çempionata gəlməsi üçün məsrəfləri ciddi azaltmaqla əlverişli şərait yaratmalıyıq. Məsələni mümkün qədər tez həll etməliyik – yeni komandalara qaydalara əminlik lazımdır və iştirak ərizələrini tezliklə təqdim etməlidirlər.

Bəzi texniki üstünlüklər azbüdcəli və çoxbüdcəli komandalar arasındalı fərqi azaltmağa yönəldilib. Əgər Ferrari çempionatda iştirakını məhdudlaşmayan büdcə ilə davam edərsə, yeni reqlament komandanı hər hansı bir hüquqdan mərhum etmir.

Formula1 iki əsas gəlir mənbəyi olan avtomobil və maliyyə şirkətləri hazırda ciddi şətinliklər yaşayırlar. Biz sadəcə oturub gözləyə bilmərik. Biz artıq bir avtoistehsalçını itirmişik, digərləri isə bizim tələblərə baxmayaraq hələ də Formula1-də uzunmüddətli çıxışlarına hüquqi təminat verməyiblər. İstənilən an zavod komandalarından birini itirə bilərik.

Biz əminik və bu əminliyi federasiyanın hüquq və maliyyə xidmətləri də təsdiq edirlər ki, büdcənin məhdudlaşdırılmasını realizə etmək mümkündür. Qələbəni isə ən ağıllı komanda qazanacaq. Mən ümid edirəm ki, məhz Ferrari büdcənin məhdudlaşdırılması mexanizmini hazırlayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*