K.Sayns yeni şassiyə keçib

Ferrari komandası Silverstounda şassiyi qurandan sonra motoru işə salıb, amma yanacaq sistemində problem yaranıb. Problemi trasda həll etmək mümkün olmadığından mühərrik dayandırılıb və Karlos Saynsın bolidinin şassisi dəyişdirilib.

F-1.az bildirir ki, bolid montaj olunandan sonra işə salınıb, amma telemetriya məlumatlarında yanacaq çənində problem olduğu üzə çıxıb. Qeyd edək ki, Saynsın maşınında İspaniyada da bu problem çıxmış və ispaniyalı pilot orada da yeni şassiyə keçmişdi.

Karlos Sayns problem yaşamadan Britaniya Qran Prisində iştirak edəcək. Problemin ilk gündən üzə çıxması onun xeyrinədir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*