M.Mosli: “İdman Ferrari-siz də yaşayacaq…”

FİA prezidenti Maks Mosli Formula1 tarixində görünməmiş islahatlarını davam etdirmək niyyətindədir və bu islahatların ən böyük əleyhdarı Ferrari komandasının olması […]

FİA prezidenti Maks Mosli Formula1 tarixində görünməmiş islahatlarını davam etdirmək niyyətindədir və bu islahatların ən böyük əleyhdarı Ferrari komandasının olması onu heç də qorxutmur. Ferrari rəhbərliyi isə büdcənin məhdudlaşdırılması məsələsinə heç cür razı ola bilmir. Gələn həftə Skuderiyanın başçıları FOTA səviyysəində danışıqlara başlayacaqlar və gələcək dəyişikliklərə qarşı çempionat iştirakçılarını hazırlayacaqlar. Amma Mosli mötəbər Financial Times qəzetinə müsahibəsində bildirib ki, Formula1 Ferrari-siz də yaşayar…

Maks Mosli: “İdman Ferrari-siz də yaşayacaq, hərçənd əgər biz onu itirsək bu çox qəmgin olacaq, axı bu İtaliyanın milli komandasıdır.”

Lakin FİA prezidenti qeyd edib ki, kompromisə də getməyə hazırlaşmır, çünki bu qərarlar Formula1-in gələcəyini təmin edəcək. O həm də əmindir ki, büdcənin məhdudlaşıdırlmasını bütün avtoistehsalçılar dəstəkləyəcəklər…

Maks Mosli: “Komanda öz konserninin direktorlar şurasına mürciət edib deyəndə ki, “Biz FİA-ya qarşı müharibə etmək istəyirik, çünki federasiyanın icazə verdiyi məbləğdən 100 milyon funt çox xərcləmək istəyirik”, mən ümid edirəm ki, bu istəyin cavabında onlar “Bəs siz niyə başqaları kimi 40 milyonla kifayətlənə bilmirsiniz?” eşidəcklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*