M.Mosli: “Briatore özünü Ekklstoun hesab edir”

Federasiya mətbuat relizlərində bir neçə dəfə FOTA daxilində kompromisə mane olan fraksiyanın olmasını bildirmişdi, bu gün BBC-yə müsahibəsində Maks Mosli […]

Federasiya mətbuat relizlərində bir neçə dəfə FOTA daxilində kompromisə mane olan fraksiyanın olmasını bildirmişdi, bu gün BBC-yə müsahibəsində Maks Mosli artıq fərdlərə keçib…

Maks Mosli: “Məsələ büdcədə deyil, söhbət hakimiyyət uğrunda mübarizədən gedir. Bir iki adam var… yaxşı, düzünü deyim, bir adam var – Flavio Briatore, o özünü Ekklstoun hesab edir, yəni Berninin varisi. Mən bilmirəm ki, o bu işin öhdəsindən gələ bilərmi? O öz fikrini söyləyə bilər, amma məsələ ondadır ki, Berni və ya CVC şirkəti öz biznesini satmaq istəyirmi? İstənilən halda, bu biznesi ələ keçirmək mümkün deyil, onu almaq olar, bunun üçün maliyyə vəsaiti və tərəflərin razılığı lazımdır.

Mən bilmirəm ki, komandalar yeni reqlamentin tərtibində iştirak etmək istəyirlərmi? İnanmıram ki, onlar bütün məsələlərdə razılıq əldə edə bilsinlər, lap razılaşsalar da sonradan onu hərəsi bir cür yozacaq. İkiqat diffuzorlar məsələsi buna yaxşı nümunədir, reqlamentin bu bəndini komandalar müəyyən etmişdilər, sonra isə mübahisə edirdilər.

Biz FOTA-nı məhkəməyə veririk, bizim mövqeyimiz güclüdür, hüquqşünaslarımız sacadlıdırlar, biz uğyur qazanacağımıza əminik. Sonra nə olacaq? Məncə, danışıqlar bir müddət davam edəcək, sonra bəzi komandalar başa düşəcəklər ki, razılaşmaq vaxtıdır və bəzi komandalar çempionata daxil olacaqlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*