M.Mosli: “Berni Şumaherin qayıtmasını bilmridi”

Almaniyanın Bild qəzetinə müsahibəsində FİA prezidneti Maks Mosli bildirib ki, həm onun üçün, həm də Berni Ekklstoun üçün Mixael Şumaherin […]

Almaniyanın Bild qəzetinə müsahibəsində FİA prezidneti Maks Mosli bildirib ki, həm onun üçün, həm də Berni Ekklstoun üçün Mixael Şumaherin qayıtması sürpriz olub…

Maks Mosli: “Mixael Şumaherin qayıtması Formula1 üçün böyük stimuldur. Mən evimdə idim, Monakoda, telefonla Ekklstounla danışırdım. Televizor işləyirdi, ekranda qaçan sətirlərdə oxudum ki, “Mixael Şumaher qayıdır.” Mən Bernidən soruşdum ki, bu doğrudurmu, o isə cavab verdi ki, “Nə? Yox, bu ola bilməz.” O mənim kimi təəccüblənmişdi.

Şanslar necədir? Mixael yavaş ola bilməz, onun qayıtması uğurlu olacaq, yaş isə – Xuan-Manuel Fanxio titul qazananda 46 yaşı var idi. Mixael yarışda qalib gələ bilər, o maşından maksimum yararlana bilir. 1991-ci ilin Belçika Qran Prisi yadınızdadır? Mİxael Spada Jordan komandasında debüt etmişdi və ilk sıralanma turunda yeddinci olmuşdu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*