M.Hakkinen Formula1-ə qayıtmağı planlaşdırmır

Mixael Şumaher üçillik fasilədən sonra Formula1-ə qayıtmaq qərarını qəbul edib, şayiələr gəzir ki, Jak Vilnöv də çempionata qayıdacaq, jurnalistlər ikiqat […]

Mixael Şumaher üçillik fasilədən sonra Formula1-ə qayıtmaq qərarını qəbul edib, şayiələr gəzir ki, Jak Vilnöv də çempionata qayıdacaq, jurnalistlər ikiqat dünya çempionu Mika Hakkinendən qayıdışlara şərh verməsini xahiş ediblər…

Mika Hakkinen: “Mən qayıtmaq barədə düşünmürəm. Formula1 hobbidir, burda ciddi işləmək lazımdır ki, gözəl nəticələr göstərə biləsən, mübarizəyə bütün gücünü sərf etməlisən.

Mixaelin qərarı Formula1 üçün əla xəbər oldu, xüsusən də onun azarkeşləri üçün. Bu şəxsi və mərd addımdır. Formula1-də sadəcə “Mən qayıdıram” demək mümkün deyil – rəqabət çox güclüdür və Mixael çox şeyi yenidən öyrənməli olacaq – yeni maşınlar, yeni traslar. Çempionat hər il dəyişir, yeniliklər çoxdur və mən hər şeyi yenidən başlamaq istəmirəm.

Mən DHL, Laureus, Mercedes, AMG kimi brendlərin səfiriyəm – siyahı çox böyükdür. Mən həyatım hadisələrlə zəngindir, qayıtmağa vaxtım yoxdur, həm də mən bu addımla heç nə qazanmayacam, əksinə uduzacam.

Bu il kim qalib gələcək? Bilmirəm, mən heç bir sürücü və ya komandanı qeyd edə bilmərəm. İndi hər hansı bir tərəfin aşkar üstünlüyündən xəbər verən faktor yoxdur, hələ proqnoz vermək çox tezdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*