15 Oktyabr 2019, Çərşənbə axşamı - 12:58

Mətbuat yeni reqlamenti tənqid edib

Mətbuat yeni reqlamenti tənqid edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:47 - 20 Mart, 2010

Gözlənildiyinin əksinə olaraq, ulduzlu iştirakçılar heyətinə baxmayaraq, yeni reqlament üzrə keçirilmiş mövsümün ilk yarışı hamıya çox darıxıdırıcı görsənib. FİA-nın təklifləri […]

Gözlənildiyinin əksinə olaraq, ulduzlu iştirakçılar heyətinə baxmayaraq, yeni reqlament üzrə keçirilmiş mövsümün ilk yarışı hamıya çox darıxıdırıcı görsənib. FİA-nın təklifləri Qran Pri zamanı ötmələri heçə endirib və bu gün Avropa mətbuatı dəyişikliklərə çağırıb…

Daily Mail: “FİA və komandalara təcili vəziyyəti dəyişmək lazımdır, yeni tədbirlər hazırlamaq lazımdır. İdman ən yaxşı mövsümünü itirməklə risk edir. Dörd dünya çempionunun rəqabətədavamlı maşınların sükanı arxasında mübarizəsi hamı üçün baxımlı olmalıdır, yoxsa biz yarış zamanı yalnız səhrada qum görürdük.”

The Times: “Bəlkə də biz köhnə çardağı axtarmalıyıq, köhnə çürümüş boyanı tapmalıyıq və divara çırpmalıyıq ki, parlaq şəkil alınsın – əgər Melburn yarışı da Bəhreyn yarışı kimi darıxdırıcı olsa, hamı divarında belə bir şəkil hazırlayacaq. Təsəvvür edin ki, yarış zamanı bütün dünya üzrə tamaşaçılar daha maraqlı idman yarışı axtarışında başqa kanal axtarırdı.”

La Gazzetta dello Sport: “Obyektiv danışsaq, hamının uzun müddət gözlədiyi mövsümün ilk yarışı çox darıxdırıcı alındı. Saxir trasını ötmələr üçün əlverişli saymasaq da, hadisələrin necə cərəyan edəcəyini gözləyək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 241
Teqlər
Paylaş

logo