Mercedes GP yenilikləri tədricən tətbiq edəcək

Bu gün Barselonada Mercedes GP komandası mövsümöncəsi testlərin sonuncu seriyasına başlayıb. Komanda qarşıdakı üç günə nəzərdə tutulmuş yeniliklərin tətbiqi qrafikini […]

Bu gün Barselonada Mercedes GP komandası mövsümöncəsi testlərin sonuncu seriyasına başlayıb. Komanda qarşıdakı üç günə nəzərdə tutulmuş yeniliklərin tətbiqi qrafikini tərtib edib.

Komanda bu qrafikini mətubata açıqlamayıb, amma Autosport saytı hesab edir ki, Braselonada MGP W02-də yenilənmiş yan pantonlar, modernizə olunmuş ön antiqanad və yeni qazburaxma sistemi quraşdırılacaq. Xatırladaq ki, Mercedes GP testləri şənbə günü başa vuracaq.

Bu gün Mercedes Motorsport-un başçısı Norbert Hauq təsdiq edib ki, komanda bütün yenilikləri testlərin ilk günü yoxlamayacaq…

Norbert Hauq: “Biz yenilikləri növbə ilə tətbiq edəcəyik. Bu gün maşında yeni qazburaxma sistemi və korpusun bəzi deatlları quraşdırılıb, sabah isə növbəti yeniliklər peyda olacaq.”

Mercedes GP Barselonada qazburaxma ssitemini yeniləyən yeganə komanda deyil: Ferrari komandası da sistemin çıxışlarını diffuzorun kənarlarına çıxarıb. Anoloji sxem RB7-də istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*