20 Sentyabr 2019, Cümə - 01:43

Mercedes AMG yeni maşının təqdimatını anons edib

Mercedes AMG yeni maşının təqdimatını anons edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:30 - 18 Fevral, 2012

Mercedes AMG Petronas komandası bu gün rəsmən yeni maşınının təqdimatını anons edib – yeni W03 fevralın 21-də Barselonada mövsümöncəsi testlərin […]

Mercedes AMG Petronas komandası bu gün rəsmən yeni maşınının təqdimatını anons edib – yeni W03 fevralın 21-də Barselonada mövsümöncəsi testlərin ikinci seriyasının ilk günü göstəriləcək.

Yerli vaxtla saat 8:20-də Mixael Şumaher və Niko Rosberq pit-leyndə yeni maşının üzərindən pərdəni çəkəcəklər, qısa fotosessiyadan sonra maşın trasa yollanacaq, Ross Braun və Norbert Hauq isə mətbuat konfransı keçirəcəklər.

W03-ün sükanı arxasına birinci Mixael Şumaher oturacaq, axşam isə KİV-ə müsahibə verəcək, Niko Rosberqi jurnalistlər nahar fasiləsində sual atəşinə tuta biləcəklər. Səhərisi gün trasda Niko işləyəcək, növbəti günü Mixael onu əvəz edəcək, cümə günü testləri Niko başa vuracaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 274
Teqlər
Paylaş

logo