18 İyun 2019, Çərşənbə axşamı - 21:36

McLaren yeni şassini test edir

McLaren yeni şassini test edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:37 - 23 Avqust, 2009

Son yarışlarda McLaren-in inkişafı gözəgörünəndir, mühəndislər maşının aerodinamika konsepsiyasını tamamilə yenidən qurublar, rəqiblərdən geriqalmanı tamamilə aradan qaldırıblar, amma dəyişiklik yalnız […]

Son yarışlarda McLaren-in inkişafı gözəgörünəndir, mühəndislər maşının aerodinamika konsepsiyasını tamamilə yenidən qurublar, rəqiblərdən geriqalmanı tamamilə aradan qaldırıblar, amma dəyişiklik yalnız çəkipaylanmasında deyil – mövsüm ekvatoru adlayıb və komanda Valensiyaya dəyişmiş təkər bazası olan yeni şassi gətirib. Dünən sərbəst yürüşlərin ikinci sessiyasında Lyuis Həmilton baryerə toxunduqdan sonra maşının asılqanı zədələnmişdi və sürücü bir daha trasa qayıtmamışdı, komanda bunu ehtiyat hissələrin olmaması ilə izah edib – məsələ ondadır ki, Lyuis tamamilə yeni şassini test edirmiş, bu şassinin ehtiyat hissələri isə gecə Valensiyaya çatıb…

Mövsümün gedişində yeni şassi bir tərəfədən büdcənin məhdudlaşdırılması dövrünə uyğun gəlmir, digər tərəfdən testlərə məhduduiyyət dövründə gələn mövsüm üçün real hazırlıqdır. Dünən axşam mətbuat konfransında vəziyyəti komandanın başçısı Martin Uitmarş şərh edib…

Martin Uitmarş: “Bu gün biz Heykkinin maşınında yeni ön antiqanadı və Lyuisin maşınında isə yeni diffuzoru yoxladıq, Lyuis bu gün yeni şassidən, qısaldılmış təkər bazalı şassidən istifadə edirdi. Biz belə bir şassi variantını daha sürətli traslar üçün hazırlayırıq. Biz hazırkı maşın üzərində işimizi davam etdiririk və bu Formula1-in günümüzdə nə dərəcədə rəqabətədavamlı olmasını göstərir. Hər yarışdan sonra inkişaf etmək lazımdır, amma bizim vəziyyətimiz Ross Braundan fərqlidir – biz təmin etməliyik ki, bizim maşın gələn ilin ilk yarışından rəqabətədavamlı olacaq. Bunun üçün ciddi iş gedir.

Biz bilirdik ki, təkər bazasını dəyişməklə hər şeyi dəyişməli olacayıq – maşının altlığını, burun hissəsini və ön antiqanadı, çünki biz ön oxun yerini dəyişmişik. Ona görə də ehtiyat hissələrin qıtlığı yarandı. Lyuis maşının ön hissəsini zədələyib, onun maşını üçün olan ehtiyat hissələri isə hələ yoldadır. Biz cümə gününü test günü kimi istifadə edirik, ona görə də Lyuis boksda gözləməli oldu. Heyif ki, belə alındı, amma mən düşünürəm ki, hər iki sürücümüz maşına inanır, sabah trasın xarakteri yaxşılığa doğru dəyişəcək və biz rəqabətədavamlı olacayıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 225
Teqlər
Paylaş

logo