Yas Marinanın quruluşu dəyişdirilib

Yas Marina trasında dəyişikliklər rəsmən təsdiq olunub.

Əbu Dabi Qran Prisinin keçirildiyi Yas Marina trasında ötmələri mümkün etmək üçün konfiqurasiyada dəyişikliklərə başlanılıb

Abu Dhabi Motorsports Management şirkətinin icraçı direktoru Saif əl Noaimi bildirib ki, işlər 3 aya başa çatmalıdır.

Plana görə, 5-7-ci döngələr ardıcıllığı birinci arxa düzlüyə çıxaran adi sancaq döngə ilə əvəz olunacaq. İkinci arxa düzlüyün sonundakı 11-14-cü döngələr ardıcıllığı profilli uzun sol döngə ilə əvəz olunacaqlar.

Saif əl Noaimi əlavə edib ki, mövsümün son yarışına azarkeşlər də buraxılacaqlar.

Bundan başqa 17, 18 və 19-cu döngələrdə də kiçik düzəlişlər ediləcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*