25 Aprel 2019, Cümə axşamı - 12:27

Mercedes AMG komandası L.Həmiltonla müqaviləsini poza bilər?

Mercedes AMG komandası L.Həmiltonla müqaviləsini poza bilər?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:11 - 28 Noyabr, 2016

Çempion tacını dünən əldən verən Lyuis Həmiltonun başı üzərində qara buludlar toplaşmaqdadır…

F-1.az xatırladır ki, Əbu Dabi yarışının sonunda Lyuis Həmilton bilərəkdən tempini aşağı salmışdı. Onun məqsədi aydın idi – Lyuisin arxasında ləngiyən və titula əsas namizəd olan komanda yoldaşı rəqiblərin hücumlarına məruz qala bilərdi. Ona görə də komandanın məsul şəxsləri bir neçə dəfə radio ilə Lyuisdən sürətini artırmasını xahiş etmişdilər, amma Lyuis bu xahişlərə məhəl qoymamışdı. Yarışdan sonra isə komandasından incimişdi ki, bütün mövsüm komanda yoldaşları arasında mübarizəyə girişməyən komanda niyə məhz titulun taleyi həll olunan yarışda sürücülərin mübarizəsinə müdaxilə etməlidir? Onun fikrincə, sürücülər trasda titulun sahibini özləri müstəqil müəyyən etməlidirlər.

Britaniyada dərc olunan qəzetlər isə bu gün yazıblar ki, komanda sürücüsünün bu tabesizliyinə görə ən ciddi sanksiyalar tətbiq edə bilər, qəzetlərdə bir neçə yarışda iştirakdan məhrum etmədən tutmuş sürücü ilə müqavilənin vaxtından əvvəl pozulmasına qədər sanksiyalar yer alıb.

Bugünkü The Daily Mail yazır: “Lyuis Həmilton Əbu Dabi Qran Prisinin sonuna yaxın komanda rəhbərinin əvvəlcə xahişini, sonra isə əmrini yerinə yetirməməklə, 30 milyonluq müqaviləsinin vaxtından əvvəl pozulması ilə risk edir…”

The Telegraph vəziyyəti daha da çətinləşdirir: “Mercedes komandası Həmiltonu komanda əmrinin bir neçə dəfə rədd olunmasına görə komandadan uzaqlaşdıra bilər. Həmiltonun məqsədi Niko Rosberqin çempion tituluna yiyələnməsinə mane olmaq idi. Amma onun aciz cəhdləri uğursuz oldu və komanda ilə münasibətləri korladı – komandanın rəhbərliyi baş verənləri “anarxiya” adlandırıb…”

May ayında İspaniya yarışının startında Rosberqlə insidentdən sonra Mercedes tərəfindən növbəti töhmətə cavab verən Həmilton komandaya vəd etmişdi ki, bu cür “özbaşınalıq” bir daha təkrar olunmayacaq. Amma Əbu Dabi yarışının finişindən sonra İspaniya insidentini şərh etməkdən boyun qaçıran Lyuis sadəcə – “bilirəm ki, məni rəhbərliklə ciddi söhbət gözləyir” – deyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 240
Teqlər , , , , , ,
Paylaş

logo