McLaren C.Battonun maaşını qaldırmağa hazırdır

Keçən həftə Censon Batton jurnalistlərə bildirib ki, McLaren-lə müqavilənin uzadılmasına tələsməyə lüzum görmür. Komanda ilə müqaviləsi bu il başa çatsa […]

Keçən həftə Censon Batton jurnalistlərə bildirib ki, McLaren-lə müqavilənin uzadılmasına tələsməyə lüzum görmür. Komanda ilə müqaviləsi bu il başa çatsa da, onun uzadılması opsionu komandaya məxsusdur, ona görə də müqavilə demək olar ki, təmin olunub, amma ekspertlər hesab edirlər ki, Batton Ferrari-nin təklifini gözləyir ki, karyerasında daha bir əlamətdar addımı atsın – Skuderiyada çıxış etsin…

Britaniyanın Daily Mail qəzetinin jurnalistləri öyrəniblər ki, McLaren Censonu komandada saxlamaq üçün sürücünün əmək haqqını artırmağa hazırdır. Komanda onun çıxışından razıdır və ona daha sərfəli şərtlərlə yeni müqavilə təklif etməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*