McLaren çarpma testindən keçib

McLaren komandası Twitter üzərindən bildirib ki, onlar artıq çarpma testlərini keçiblər...

F-1.az xatırladır ki, Formula1 üzrə 2016-cı il mövsümünün ilk qış testləri fevralın 22-də başlayacaq. McLaren komandası qış testlərinin başlanmasına az müddət qalmış, çarpma testlərini uğurla başa vurub.

Komandaların çoxu çarpma testlərini artıq başa vurub, amma McLaren bu barədə heç bir xəbər vetmədiyi üçün Formula1 aləmində yeni şayiələr yaranmışdı.

Amma britaniyalılar bu gün Twitter üzərindən bildiriblər ki, McLaren MP4-31-in çarpma testləri uğurla keçib və növbədə mövsümöncəsi testlərdir.

Qeyd edək ki, McLaren komandası üçün keçən mövsüm uğursuz olub. Britaniyalılar cəmi 27 xal toplayaraq, mövsümü 9-cu pillədə bitiriblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*