Martinlə Bastyanini barter ediləcək?

Son çıxan iddialara görə Ducati komandası zədəli Enea Bastianinini hazırda çempionatda ikinci yerdə gedən Xorxe Martinlə əvəz edəcək.

F-1.az xatırladır ki, keçən il Enea və Xorxe arasında Ducati üçün rəqabət var idi və qazanan tərəf Enea olmuşdu. Ancaq bu mövsüm işlər tərsinə döndü. Belə ki, Bastyanini mövsümün ilk yarışı Portuqaliyada zədələndi. Ancaq Xorxe Martin stabil çıxışı ilə hazırda çempionatda ikinci yerdədir.

İspaniyalı sürücü Almaniya Qran Prisində həm sprint, həm də əsas yarışda qalib gəlib və hazırda Çempionatın lideri Banyayadan sadəcə 16 xal geridə qalır. Bastyanini isə sükan arxasına İtaliyada qayıdıb və o, iki yarışdan cəmi 16 xal toplaya bilib.

İddialara görə həm Eneanın, həm də Xorxenin müqaviləsində komanda dəyişdirmə opsiyonu var. Əgər bu opsiyondan istifadə edilsə, Martini baza komandasında, Bastyanini isə Pramac-da görə bilərik.

Ducati-nin rəhbəri Paoli Çabatti də yay tətilində böyük qərar verəcəklərini demişdi. Bu qərarın Enea ilə bağlı olub-olmadığı müəmmalıdır.

Xorxe Martin: “Bu barərə çox düşünmürəm. Ducati barədə söz-söhbətlər eşidirəm. Bir şeyə qərar verməlidirlər, amma bunun nə olduğunu bilmirəm. Baza komandasına keçsəm, yaxşı olar, ancaq hazırda bu barədə düşünmürəm. Pramac-da özümü yaxşı hiss edirəm. Baza komandası ilə eyni motosikleti sürürəm. Buna görə də komanda dəyişsəm belə, mənə elə də böyük fərqi olmayacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*