N.Fray: Şumaxer Rosberqə atalıq edib

Mercedes komandasının sabiq rəhbəri Nik Fray bildirib ki, Mixael Şumaxer həmyerlisi Niko Rosberqlə ata kimi davranıb.

F-1.az xatırladır ki, almaniyalı sürücülər 2010-2012-ci illərdə yeni qurulmuş Mercedes-də komanda yoldaşı olmuş və Rosberq hər üç mövsümdə əfsanəvi komanda yoldaşını qabaqlaya bilmişdi. Lakin Niko Rosberq sonrakı illərdə Mixael Şumaxerin həmişə psixoloji oyunlar oynadığını demişdi.

Nik Fray: “Bunun düzgün olub-olmadığını bilmirəm. Əgər düzdürsə, təəccüblənərəm. İki sürücü arasında psixoloji oyun görməmişdim. Əslində vəziyyət tam əksinə idi: Mixael ona atalıq edirdi.

Formula1-ə təzə gələndə Jak Vilnövlə də işləmişdim. Heç kimlə danışmırdı və mexaniklərlə münasibəti yox idi. Amma Mixael bilirdi ki, uğur onlardan asılıdır. Buna görə də mexaniklərlə həmişə ünsiyyətdə olurdu. Eynilə Lyuis Həmilton da Mixael kimi mexaniklərlə həmişə ünsiyyətdədir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*