F.Alonso: Şumaxer həmişə yüksək səviyyədə çıxış edib

İkiqat dünya çempionu hesab edir ki, Mixael Şumaxerin pis günü olmayıb və əsla öz səviyyəsindən aşağı çıxış etməyib.

F-1.az xəbər verir ki, Fernando karyerası boyu ən çox əzəli rəqibi Şumaxerdən təsirləndiyini bildirib.

Fernando Alonso: “Mixael heç vaxt pis gün keçirməyib, heç vaxt öz səviyyəsindən aşağı çıxış etməyib. Onun ən çox bu xüsusiyyəti mənə təsir edib. Xüsusən də onunla titul uğrunda mübarizə aparanda çox şey öyrəndim. Bundan əvvəl hansı kateqoriyada yarışmışamsa, hamısında rəqiblərin pis günləri olurdu və bundan yararlana bilirdim. Şumaxerdə bu heç baş vermədi.

Çox vaxt o və Ferrari məğlubedilməz idi. Maşında, sazlanmalarda və ya təkərlərdə problemlərin olduğu pis gün olsa belə, Mixael yenə də yarışı ilk üçlükdə tamamlayırdı. Sıralanma turunda zəif olsa belə, bazar günü podiumda idi. O, əzmkarlığı, hər fürsətdən istifadə etmək istəyi ilə seçilirdi. Bu, möhtəşəmdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*