23 Sentyabr 2019, Bazar ertəsi - 19:38

M.Qaskoyn McLaren-in problemlərini labüd sayır

M.Qaskoyn McLaren-in problemlərini labüd sayır

Müəllif: Rauf Hacıyev, redaktor

08:03 - 17 Mart, 2018

Keçmişdə bir çoxlu komandada işləmiş Mayk Qaskoyn bildirib ki, McLaren-in yaşadığı problemlər labüddür.

F-1.az xatırladır ki, McLaren son 3 ildə Honda mühərrikləri ilə çoxlu problem yaşamış və bu il Renault mühərriklərinə keçmişdi. Lakin britaniyalı komanda qış testlərində ən çox problem yaşayan komanda olmuş və 8 gün ərzində 3 mühərrik dəyişmişdi.

Honda isə Toro Rosso ilə yaxşı təsir bağışlayaraq, problem yaşamadı.

Mayk Qaskoyn: “Son illərdəki etibarlılıq problemlərindən sonra Honda builki qış testlərində etibarlı təsir bağışladı. Bəs McLaren-də niyə belə deyildi? Onlar nəyi səhv edirdilər? Əgər keçən il fərqli komanda Honda mühərriyindən istifadə etsəydi, problemlər tezliklə həll edilə bilərdi? Keçən il McLaren-in yaşadığı problemlərin səbəbi Honda idisə, bəs niyə etibarlılıq cəhətdən inkişaf olmadı?

Mühərrik təminatçısını dəyişəndə həmişə problemlər yarana bilər. Renault-nun güc qurğusunun dizaynı fərqlidir. Buna öyrəşərkən problemlər çıxa bilər. Düzdür, etibarlı deyildilər və axmaq problemlər yaşadılar. Amma performansları yaxşı idi. Pozitiv olmağa dəyər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 302
Teqlər , ,
Paylaş

logo