M.Markes: Gələcək barədə düşünəmmirəm

Honda komandasının sürücüsü Mark Markes bildirib ki, hazırda gələcəyi barədə düşünə bilmir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm 13 dəfə yıxılıb. Bunlardan 5-i keçən həftə Almaniyada olub. O, zədələndiyi üçün əvvəlcə Almaniya, sonra isə Niderland yarışlarını buraxmalı olub.

Bəzi iddialara görə Honda ilə Markes arasında olan müqavilə vaxtından əvvəl ləğv oluna bilər.

Mark Markes: “Hazırda çətin vəziyyətdəyəm və bu barədə düşünə bilmərəm. Belə halda gələcəyiniz barədə qərar verə bilməzsinz. Ayyarımlıq fasilədə bədənimi və zehni gücümü toplamalıyam. Karyeramın ən pis anlarından birini yaşayıram. Ancaq həyatımən ən yaxşı nöqtələrindən biriyəm və ətrafımda yaxşı komanda var. Buna görə sevincliyəm. Hər şey stabil gedir və bu hal mənə kömək edir. İndi düşünməli, rahatlanmalı, komandamla danışmalı və sonra yenidən motosikletə inməliyəm.

Silverstoun yarışına Portimao ilə eyni qərarlılıqla başlamağa çalışacağam. Sözün açığı, yanaşmam fərqli olsa da, eyni dərəcədə fokuslanacağam.

Yarışdan bir gecə əvvəl səkkizdə ya da doqquzda ağrılarım çoxaldı. Gecə yata bilmədim və onda Niderland yarışında çıxış etməməyə qərar verdim. Yarış günü yarışmayacağımı demək üçün tibbi mərkəzə getdim. Sonra məlum oldu ki, qabırğam qırılıb”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*