M.Ferstappen: Qazanmaq üçün şansa ehtiyacınız var

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, çempion olmaq üçün bəxt lazımdır.

F-1.az xatırladır ki, niderlandlı sürücü 25 yaşı olmasına baxmayaraq, artıq iki dəfə Dünya Çempionu olub.

Maks Ferstappen: “Yenə çempionluq istəyirəm. Artıq ikisini qazanmışam. Lakin bolidə görə çempion ola bilməsəm, problem deyil. Qazanmaq həmişə uğursuzluqdan yaxşıdır. Ancaq bunun üçün bir az da bəxtə ehtiyacınız var”.