14 Noyabr 2019, Cümə axşamı - 00:52

M.Ferstappen ilk yarıdakı performansından razıdır

M.Ferstappen ilk yarıdakı performansından razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

08:08 - 07 Avqust, 2017

Red Bull komandasının sürücüsü bütün tərsliklərə baxmayaraq, mövsümün ilk yarısından razı qalıb.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü mövsümün ilk yarısında 6 dəfə mübarizəni vaxtından əvvəl dayandırmalı olub. Hollandiyalı sürücü 67 xalla 6-cı yerdədir və komanda yoldaşı Rikkardodan 50 xal geridə qalır.

Maks Ferstappen: “Çox qəribə mövsüm gedir. Mübarizəni dayandırdığım yarışları saymasaq, hər şeydən razıyam. Bəzən bəxtim gətirmədi, amma avtoidmanda bu cür şeylərin olması labüddür. Bəlkə, daha çox xal toplaya bilərdim, amma indiyə kimi mümkün qədər çox xal toplamağa çalışdıq. Vacib olan bu idi. Yay tətilindən sonra bizi çətin yarışlar gözləyir. Davamlı inkişaf etməliyik. Rəqiblərimizi təzyiq altında saxlayaraq, qələbə uğrunda mübarizə aparmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 957
Teqlər ,
Paylaş

logo