M.Binotto: “Ferrari bütün traslarda sürətlidir”

Sonuncu Monako yarışında dubl edərək, 7 illik həsrətə son qoyan Ferrari komandasının texniki direktoru Mattia Binotto bildirib ki, Ferrari SF70-H bütün traslarda sürətlidir.

F-1.az xatırladır ki, italyanlar ilk 6 yarışın yarısında qalib gələrək, Mühəndislər Kubokunda liderliyə yüksəliblər.

Mattia Binotto: “SF70-H bu mövsüm bütün traslarda rəqabətədavamlı oldu. Sadəcə müəyyən traslara yox, bütün traslar üçün əlverişli bolidimiz var. İndi gözümüzü zirvəyə dikmişik. Növbəti yarışlarda da yuxarı pillələrdə olmağa davam etməliyik. İnkişaf proqramımız tam sürətlə davam edir. Əsl mübarizə mövsümün sonunda başlayacaq və qarşıda 14 yarış var. Bu yarışlarda ən yaxşı nəticələri qazanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*