Lotus M.Uitmarşla danışıqlar aparır?

Keçən həftə Lotus komandası Erik Bulyenin komanda başçısı vəzifəsindən getməsini elan etmişdi və paddokda şayiələr gəzir ki, fransalı mütəxəssis McLaren […]

Keçən həftə Lotus komandası Erik Bulyenin komanda başçısı vəzifəsindən getməsini elan etmişdi və paddokda şayiələr gəzir ki, fransalı mütəxəssis McLaren komandasında Martin Uitmarşı əvəz edə bilər. Baxmayaraq ki, britaniyalı mütəxəssisin istefası barədə heç bir xəbər verilməyib, amma çox güman ki, o, Uokinqdən olan komandanı artıq tərk edib. Britaniyanın Daily Mail qəzetinin yazdığına görə, Martin Uitmarş Lotus-a keçə bilər.

Adının naməlum qalmasını istəyən Lotus komandasına yaxın bir kəs bildirib ki, “komanda artıq Martinlə əlaqə qurub. Martin danışıqlar aparılan yeganə mütəxəssisdir. Çox güman ki, bu vəzifəyə üç namizəd var, amma McLaren-dəki iş təcrübəsini nəzərə almaqla, Martin ən yaxşı namizəd hesab olunur…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*