L.Həmilton: “Şumaherlə yarışmaq böyük şərəfdir”

Dünya çempionu Lyuis Həmilton deyib ki, Mixael Şumaher Ferrari-nin sükanı arxasına Avropa Qran Prisində qayıdarsa, onda böyük məmnuniyyətlə alman sürücü […]

Dünya çempionu Lyuis Həmilton deyib ki, Mixael Şumaher Ferrari-nin sükanı arxasına Avropa Qran Prisində qayıdarsa, onda böyük məmnuniyyətlə alman sürücü ilə yarışacaq…

Lyuis Həmilton: “Mən çox şadam ki, Mixael Şumaher Formula1-ə qayıdacaq, hərçənd mənim fikrim əvvəlki kimi Felipe Massa və onun ailəsinin yanındadır. Mixael Formula1-in ən yaxşı sürücülərindən biridir, o əfsanə statusunu qazanıb və onunla yarışmaq əla olardı. Bütün dünya onun Valensiyada sükan arxasına qayıtmasını izləyəcək: maraqlıdır, o buna necə hazırlaşacaq. Birinci dəfə onunla yanaşı starta çıxmaq mənim üçün böyük şərəfdir və mən ona uğurlar arzu edirəm.”

Çempionatın hazırkı lideri Censon Batton da Şumaherin qayıtmasını alqışlayıb və hesab edir ki, alman sürücü uğurla çıxış edə bilər…

Censon Batton: “Onun qarşısında çətin vəzifə durur, amma mən şadam ki, o bu çağırışı qəbul edib – bu güclü addımdır. Mixael hələ cavandır, özü də rəqabətədavamlı olacaq, axı qırx yaş nədir ki?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*