L.Həmilton: “Mən dəli kimi hücum edirdim”

Sıralanma turundakı uğursuzluq McLaren komandasına yarışda yaxşı nəticə vəd etmirdi, amma komanda trasda Təhlükəsizlik Maşının peyda olmasından istifadə edərək maşınların […]

Sıralanma turundakı uğursuzluq McLaren komandasına yarışda yaxşı nəticə vəd etmirdi, amma komanda trasda Təhlükəsizlik Maşının peyda olmasından istifadə edərək maşınların taktikasını dəyişib. Bir pit-stoplu taktikaya keçən Lyuis Həmilton startda 17-ci yerdən podiuma qədər yüksələ bilib, bu isə komandaya Mühəndislər Kubokunda Ferrari-ni qabaqlayaraq üçüncü yerə yüksəlməyə imkan verib…

Lyuis Həmilton: “Qeyri-adi yarış alındı! Düzdür, bu gün mən bir il əvvəl olduğundan fərqli hisslər keçirirdim, axı biz titul uğrunda mübarizədə iştirak etmirdik. Buna baxmayaraq, mən Censonu təbrik edirəm! Nəhayət, mən onu, ailəsini və komandasını layiqli uğur qazanmaları münsibətilə təbrik edə bildim!

Mənim yarışıma gəlincə, son cərgələrdən start aldım və podiuma ümid eləmirdim, amma bütün yarışı dəli kimi hücum edirdim. Yaxşı ötmələr etdim, ona görə də üçüncü yeri qələbə kimi qəbul edirəm. Mən dövrələri sıralanma turu tempində keçirdim, bu asan deyildi, amma nəticədə bizim taktikamız uğurlu alındı!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*