F.Massa: “Elə bil ki, yarışı udmuşam!”

Ferrari komandası bugünkü yarışı uğurlu hesab edə bilər: hər iki sürücü xal qazana bilib. Felipe Massa 11-ci eyrdən start almasına […]

Ferrari komandası bugünkü yarışı uğurlu hesab edə bilər: hər iki sürücü xal qazana bilib. Felipe Massa 11-ci eyrdən start almasına baxmayaraq, komandanın hazırladığı uğurlu strategiyanı yerinə yetirərək finişdə dördüncü olub. Bu gün Silverstounda hava bir qədər qızıb və bəlkə də buna görə F60 dünənkindən sürətli olub…

Felipe Massa: “Elə bil ki, yarışı udmuşam! On birinci yerdən start alıb finişdə dördüncü olmaq – əla nəticədir! Biz belə bir nəticə gözləmirdik, ona görə də ikiqat sevinirik. Bizim əla taktikamız var idi, yarışın həlleidci anlarında isə maşını maksimum qovurdum. KERS çox kömək etdi, xüsusən də startda, ümumiyyətlə, maşın yaxşı idi. Komanda yaxşı işləyib.

Amma baş düşmək lazımdır ki, niyə maşın dünənə nisbətən sürətini artırıb. Bəlkə məsələ trasın temperaturundadır, bu gün hava bir qədər qızdığından təkərlər daha effektiv işləyirdilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*