L.Həmilton Brawn GP-nin potensialına inanır

Lyuis Həmilton hesab edir ki, Brawn GP komandası əla formadadır… Lyuis Həmilton: “Brawn GP-nin işlərinin belə uğurlu getməsinə şadam və […]

Lyuis Həmilton hesab edir ki, Brawn GP komandası əla formadadır…

Lyuis Həmilton: “Brawn GP-nin işlərinin belə uğurlu getməsinə şadam və Censonla Rubens üçün də sevinirəm, həmçinin komandanın bütün heyəti üçün. Bu qış komanda çətin anlar yaşayıb, amma hər şeyə qalib gəldilər və deyəsən, çox gözəl maşın qurublar.

Censon da, Rubens də buna layiqdirlər, axı onlar əla sürücülərdir.”

Hadisələrin necə cərəyan edəcəyindən asılı olmayaraq, maraqlıdır ki, artıq idman ictimaiyyəti Battonu yarışlarda qələbəyə real namizəd kimi görür, amma son çempionatda britaniyalı sürücü cəmi 3 xal qazanmışdı və son iki ildə podima qalxmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*